Dünya

İsrailin milli təhlükəsizlik naziri çağırış etdi: "HƏMAS-ı diz üstə çökdürmək lazımdır"

İsrailin milli təhlükəsizlik naziri çağırış etdi: HƏMAS-ı diz üstə çökdürmək lazımdır

"Radikal islamçı HƏMAS qruplaşması ilə danışıqlar aparmaq yox, onu diz üstə çökdürmək lazımdır".

Bu bəyanatla İsrailin milli təhlükəsizlik naziri və mühafizəkar "Otzma Yehudit" partiyasının lideri İtamar Ben-Qvir videomüraciətində çıxış edib.

Siyasətçi əmindir ki, Dohaya və ya Qahirəyə danışıqlar üçün nümayəndə heyəti göndərmək əvəzinə, İsrail Qəzza zolağında qalib gəlməlidir və HƏMAS-ı sarsıdıcı məğlubiyyətə uğratmalıdır.(oxu.az)

NE
Nihadə Eyyubova