Gündəm Özəl

Niyə arıqlaya bilmirik? — Dieotoloq açıqladı

Niyə arıqlaya bilmirik? — Dieotoloq açıqladı

Qadın və kişilərin əsas problemlərindən biri də arıqlamaqdır.Xüsusən də, yeni ana olmuş qadınlar arıqlamaqda çox böyük çətinlik çəkirlər. Bəs, buna səbəb nədir? İnsanlar niyə sürətli arıqlaya bilmir? Tez arıqlamaq üçün necə qidalanmalıyıq?

Məsələ ilə bağlı Demokrat.az-ın suallını cavablandıran həkim-dietoloq Leyla Zülfüqarlı qeyd edib ki, arıqlamaq hər zaman çətin bir proses olub:

Niyə arıqlaya bilmirik? — Dieotoloq açıqladı

“İnsanlar bəzən çox qeyri-düzgün metodlarla iki-üç kilo bədənin sayca mayesini itirərək arıqlayırlarsa, bu çəki sonradan geri qayıdır və artıq çox böyük yağ olaraq bədənə yığılır və bundan sonra doğrudan da arıqlamaq çətin olur. İlkin mərhələdə tez şəkildə arıqlayırlar. Amma daha sonra baxıb deyirlər ki, doktor necə oldu, çəkim dirənib, daha getmir. Çünki düzgün arıqlamırlar. Əgər kökəlmə 1-2 gün içində baş vermirsə, demək ki, biz zaman -zaman bunu yağ toxumalarını orqanizmə toplayırıq. Bu yağın toplanmasına səbəb hormonlardır. Belə olduqda isə biz ilk növbədə hormonlarımızı müalicə etməliyik. Bunun üçün də analiz verməliyik.

Son zamanlar insanların daha çox kilo almasının səbəbi iki hormona bağlıdır. Çünki həyatımızda çox stress var. Yayda insanlar ciddi şəkildə dincəlmək istəyirlər, hələ də istirahətə getmir. Məsələn, işə görə və başqa səbəblərə görə şəhərdə qalıblarsa, bu insanlar da artıq tükənmişlik sindromu yaranıb. Yəni dopomin əskikliyi yaranıb. İkinci çox böyük bəşəri problem də artıq gündən-günə elektromaqnit dalğaları həyatımızın içinə o qədər daxil olub ki, əvvəl bir az resurslarımız vardısa ki, indi o bazanı doldurmuşuq. Yəni telefonla yatıb durmalar, gecə saatlarına qədər sosial şəbəkələrdə vaxt keçirmək dopomin əskikliyinə gətirib çıxarıb. Yəni davamlı şəkildə diqqətimizi bir başqa məsələlərə yönəltdiyimiz üçün diqqət əskikliyi yaranır. Bunun da ardınca dopomin əskikliyi və insanlar yuxusuz olduğu üçün kilo almağa başlayırlar”.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova