Sosial

Qadağan edilməmiş saatda avtobus zolağına girən sürücü cərimələndi — VİDEO

Qadağan edilməmiş saatda avtobus zolağına girən sürücü cərimələndi — VİDEO

Bakıda qayda pozmadığı halda cərimələndiyini iddia edən sürücü sosial şəbəkədə paylaşım edib.

Demokrat.azAvtosfer.az-a istinadən xəbər verir ki, cərimə paytaxtın Ziya Bünyadov prospektindəki kamera vasitəsilə tərtib edilib.

Belə ki, 77-GB-023 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüsü avqustun 12-də, saat 12:49 radələrində avtobus zolağının qüvvədə olmadığı saatlarda hərəkət edən zaman 2 bal 100 manat cərimə yazılıb. Sürücü iddia edir ki, nişanın üzərindəki qüvvədə olma saatlarından kənar vaxtda hərəkət etdiyi üçün cərimə düzgün yazılmayıb.

NE
Nihadə Eyyubova