Dünya Özəl

400 milyon insan COVİD-19 dan əziyyət çəkir

400 milyon insan COVİD-19 dan əziyyət çəkir

Koronavirus pandemiyası bitsə də, insanlar hələ də COVİD-19-un ağrılarını yaşamaqdadır.

Tədqiqatçılar dünyada 400 milyon insanın uzun müddətli COVİD-19 xəstəsi olduğunu təsdiq edib.

Demokrat.az “NTV.com.tr”yə istinadən xəbər verir ki, bu nəticə aparılan tədiqaqtlar zamanı ortaya çıxıb. Tədqiqatçılar bildirib ki, belə bir vəziyyət xəstələr və cəmiyyət üzərində əhəmiyyətli basqı yaradır. COVİD-19-dan uzun müddətli keçirənlərdən yalnız 7-10 faizi 2 il sonra sağala bilir. Pandemiyanın dünya iqtisadiyyatına vurduğu zərər isə 1 trilyon dollar yaxındır. Bu zərər xəstəliklə mabarizədə istifadə olunan preparatlara çəkilən xərcləri, xəstələnən işçilərin işə qayıtmamasından qaynaqlanır. “Nature Medicine” dərgisində yer aıan məlumata görə, dünya miqyasında gənclərin 100-də 6, uşaqlarınsa 1faizi COVİD-ə yoluxub. Lakin bu göstəricilər həqiqəti tam əks etdirməyə bilir. Çünki tədqiqatlar yalnız pandemiyanın ilk dönəmlərində xəstələnmiş insanları əhatə edib. Bu gün belə Covid-19-a yoluxma hallarının davam etməsi xəstəliyin sirrinin tapılmadığı anlamına gəlir.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova