Bakıda "Prezident suit"i Bilgəh ərazisində yerləşən hotellərdən birində müştərilərə günü 8 000 manata olan hotel otağı təqdim edilib.
Məsələ ilə bağlı Demokrat.az-a açıqalama verən turizm eksperti Ceyhun Aşurov bildirib ki, qiymət baha olsa da bura tələbat çoxdur:

“Hazırda pik mövsümdür. Bilgəh oteli əsasən bu mövsüm ərzində çalışır. "Prezident suit" otağıdırsa, o tək bir otaqdan ibarət deyil. Onun ətrafında bir neçə otaqları olur. Hətta qoruyucuların, cangüdənlərin otaqları, otaqlarda əlavə imkanlar, mətbəxi, konfrans zalı, və.s kimi xidmətləri olur. Yəni çox geniş bir otaqdır. Əlbəttə ki, qiymət baha görünür, amma bura müraciət və tələbat varsa, qiymətin yüksək olması təəccübləndirici deyil. Təbii ki, bu kimi qiymətlərin olması hər kəs üçün nəzərdə tutulmayıb. Amma hotellərdə belə otaqların və təklifin olması yaxşı haldır. Bunu qeyri-adı hal və təəccüb hissi ilə qarşılamaq lazım deyil. Bu , mümkün olacaq bir şeydir. Belə hotellər bizdə və ölkə xaricində də məhz belə qiymətə satılır."
Mehriban Mirzəzadə Demokrat.az


