Dünya

İranın yeni hökumət üzvlərinin siyahısı parlamentə təqdim edildi

İranın yeni hökumət üzvlərinin siyahısı parlamentə təqdim edildi

Bu gün İranın 14-cü hökumətinin nazirlərinin siyahısı parlamentin Rəyasət Heyətinə təqdim edilib.

Demokrat.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, parlamentin sədri Məhəmməd Baqir Qalibaf təklif edilən nazirlərin adlarını açıqlayıb:

Təhsil naziri - Əlirza Kazemi; Rabitə naziri - Səttar Haşemi; Təhlükəsizlik və Kəşfiyyat naziri - Seyid İsmayıl Xətib; İqtisadiyyat naziri - Əbdülnaser Hemməti; Xarici İşlər naziri - Abbas Əraqçı; Səhiyyə naziri - Məhəmmədrza Səfərqəndi; Əmək naziri - Əhməd Meydəri; Kənd Təsərrüfatı Cihad naziri - Qulamrza Nuri; Ədliyyə naziri - Əmin Hüseyn Rəhimi; Müdafiə naziri - Əziz Nəsirzadə; Yol və şəhərsalma naziri - Farzanə Sadeq; Sənət, Mədən və Ticarət naziri - Məhəmməd Atabək; Elm və Təhsil naziri - Hüseyn Simayi; Mədəniyyət naziri - Abbas Salehi; Daxili İşlər naziri - İskəndər Momeni; Mədəni İrs naziri -Seyid Rza Salehi Əmiri; Neft naziri - Mohsen Paknejad; Energetika naziri - Abbas Əliabadi; İdman nazidi - Əhməd Dünyamali.

D
demokrat.az