Sosial media

Türkiyədə "Instagram"ın fəaliyyəti bərpa edildi

Türkiyədə Instagramın fəaliyyəti bərpa edildi

Türkiyədə "Instagram" sosial şəbəkəsinə giriş bərpa edilib.

Demokrat.az AHaber-ə istinadən xəbər verir ki, bu barədə ölkənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.

Onun sözlərinə görə, "Instagram" və ona sahib olan ABŞ-nin "Meta" şirkəti Ankaranın şərtlərini qəbul edib. Məhz bundan sonra Türkiyə tərəfi ölkə ərazisindən sosial şəbəkəyə giriş məhdudiyyətini aradan qaldırıb.

NE
Nihadə Eyyubova