Gündəm Özəl

Elmar Məmmədyarov Polad Bülbüloğlunu əvəz edə bilər — EKSKLÜZİV

Elmar Məmmədyarov Polad Bülbüloğlunu əvəz edə bilər — EKSKLÜZİV

Sabiq xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Rusiyadakı səfiri təyin oluna bilər.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, sözügedən təyinat 2024-cü il sentyabrın 1-də keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdən sonra gözlənilir.

Məsələ ilə bağlı suala Elmar Məmmədyarov cavab vermək istəməyib.

Qeyd edək ki, Azərbaycanın Rusiyadakı hazırkı səfiri Polad Bülbüloğlu hazırda 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən deputatlığa namizəddir.

Vaqif Hüseynli Demokrat.az

NE
Nihadə Eyyubova