Gündəm Özəl

Bu diplomat və məmurlar deputat olmaq istəyir — SİYAHI

Bu diplomat və məmurlar deputat olmaq istəyir — SİYAHI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə bir neçə sabiq yüksək vəzifəli şəxslər deputat seçilə bilərlər.

Demokrat.az-ın məlumatına görə, sözügedən məmurların seçkilərdə şansları yüksək qiymətləndirilir.

Həmin şəxslərin siyahısını təqdim edirik:

1. Azərbaycan Respublikası Prezident Administrasiyasının sektor müdiri Ramid Namazov - 50 saylı Abşeron Üçüncü Seçki Dairəsi;

2. Azərbaycan Respublikası Prezident Administrasiyasının əməkdaşı Səbinə Salmanova - 45 saylı Sumqayıt Dördüncü Seçki Dairəsi;

3. Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri Azər Əmiraslanov - 108 saylı Ağstafa Seçki Dairəsi;

4. Azərbaycanın Cənubi Afrika Respublikasındakı (CAR) səfirliyinin müvəqqəti işlər vəkili, diplomatik missiyanın rəhbəri Zaur Şükürov - 47 saylı Sumqayıt-Abşeron-Qaradağ Seçki Dairəsi;

5. Azərbaycanın Xarici İşlər Nazirliyinin Linqvistik Təminat İdarəsinin rəisi Rizvan Nəbiyev - 49 saylı Abşeron İkinci Seçki Dairəsi;

6. Azərbaycanın Xarici İşlər Nazirliyinin sabiq idarə rəisi Qaya Məmmədov - 31 saylı Suraxanı İkinci Seçki Dairəsi.

Vaqif Hüseynli Demokrat.az

NE
Nihadə Eyyubova