Məşhur türk aktyor Peker Açıkalın beyin qanaması keçirib.
Demokrat.az Türkiyə mediasına istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən sənətçinin müalicəsi davam edir.
Məlumata görə, Peker Açıkalın nitq qabiliyyətini də itirib.
Əməliyyat olunacaq aktyor ötən illərdə infarkt keçirib və uzun müddət müalicə olunub.
Qeyd edək ki, Peker Açıkalın Azərbaycanda da maraqla izlənilən "Çiçek Taksi", "Avrupa Yakası" kimi məşhur seriallarda, "Hababam Sınıfı", "O Şimdi Mahkum", "Maskeli Beşler", "Polis Akademisi" kimi məşhur filmlərdə rol alıb. Onun 61 yaşı var.
Jalə Demokrat.az


