33 il əvvəl ailəsindən ayrılıb tənha yaşamaq qərarı verən Kamal Dəmirin qohumları bu günlərdə tapılıb.
Demokrat.az “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, Kamal Dəmirin ailəsi Türkiyənin İzmit şəhərində yaşayıb. 1991-ci ildə Kamal evdən ayrılaraq Antalyanın Manavqat bölgəsinə köçüb. Burada müxtəlif işlərdə çalışıb, dolanışığını təmin edib. Son zamanlarsa 3 təkərli araba ilə küçələri dolaşaraq köhnə əşyalar toplamaqla məşğul olub. Manavqat Əyalət Jandarma Komutanlığı Jandarman dedektivləri onu saxlayaraq şəxsiyyət vəsiqəsini tələb ediblər. Üzərində sənədi olmadığından adını, soyadını şifahi bildirib.
Araşdırma aparan jandarma əməkdaşları Kamal Dəmirin ailəsi tərəfindən 33 ildir axtarıldığını dəqiqləşdirib. Məlum olub ki, Kamalın ata-anası vəfat edib, qardaş-bacıları isə vərəsəlik iddiası qaldırdıqlarından ailənin digər övladı Kamal Dəmirin də tapılması zərurəti yaranıb. Nəhayət Kamal Dəmir Manavqatda tapılıb. Lakin o, ailəsindən küskün olduğunu, bird aha İzmitə dönməyəcəyini bildirib, vərəsəlik hüququndan da imtina edib. “17 yaşım vardı, evimizdən ayrıldım, əvvəlcə Bodruma, sonar Quşadasına getdim, işlədim, özümü təmin etdim. 2002-ci ildən Manavqatda yaşayıram. Məni bura çəkən dəniz, dəniz havasıdır. 15 ildir Manavqatda yaşayıram. Köhnə əşyaları toplayıb təhvil verirəm, bununla pul qazanıram. Həyatımdan da məmnunam. Atamdan, anamdan başqa heç kimi xatırlamıram. Kimsədən bir istəyim də yoxdur. Miras da istəmirəm. Burada qalıb yaşayacağam. Mənimlə kimsənin işi olmasın, mənim də kimsəylə işim yoxdur”, söyləyən Kamal Dəmir bird aha qardaş-bacısının yanına dönməyəcəyini deyib.
Törə Zeynallı Demokrat.az


