Mərasimdə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, Milenium Konqres Turizm şirkətinin rəhbəri, turizm mütəxəssisiRuslan Quliyev, Assosasiyanın üzvləri, Skal İnternational Baku Klubunun üzvləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qonaqları salamlayan TIFFANY VİLLAS istirahət kompleksinin rəhbəriMurat Yıldızseveryay sezonunun son ayı olsa da, kompleksin ilin bütün fəsillərində qonaqların sevimli məkanına çevrilə biləcəyi üçün əllərindən gələni əsirgəməyəcəyini bildirib.
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev turizmin və otelçiliyin inkişafına dəstək verdiyi üçün Murat Yıldızseverə təşəkkür edib fəaliyyətində uğurlar arzuladı. Təbrikə qoşulan digər çıxışçılar da Murat Yıldızseverə fəaliyyətində uğurlar arzulayaraq, daha böyük layihələrinə şahidlik etmələrini arzulayıblar. 













Bir kottecdə 2-3 ailənin eyni vaxtda rahat istirahət edə biləcəyi məkanın dənizə 5 dəqiqə piyada yolu var.100 oxumaqdansa, bir dəfə yolunuzu salıb TIFFANY VİLLAS-ın ilk müştərilərindən olma fürsətini qaçırmayın.



