Gündəm Özəl

"Bu xoşagəlməz halların qarşısını almaq məqsədilə atılmış müsbət addımdır" — Onlara pulsuz ev veriləcək

Bu xoşagəlməz halların qarşısını almaq məqsədilə atılmış müsbət addımdır — Onlara pulsuz ev veriləcək

Müdafiə Nazirliyinin internet səhifəsində "Mənzil növbəsi” adlı yeni bölmə yaradılıb. Bu bölmənin məqsədi elektron qeydiyyatdan keçməklə 20 il qüsursuz hərbi xidmət göstərmiş hərbçilərimizin və eyni zamanda hazırda hərbi xidmətini başa vurmuş vətəndaşlarımızın, eləcə də onların varislərinin mənzillə təminatı ilə bağlıdır. Həmin şəxslər sözügedən internet səhifəsində qeydiyyatdan keçməklə mənzil növbəsinə dayanıb, dövlətdən pulsuz mənzil əldə edə bilərlər:

Məsələyə hərbi ekspert Ədalət Verdiyev münasibət bildirib. Ekspert Demokrat.az-a açıqlamasında qeyd edib ki, əvvəllərbu mənzil növbəsi ilə əlaqədar müəyyən suallar yaranırdı, müəyyən neqativ halların olduğuna dair fikirlər səsləndirilirdi:

Bu xoşagəlməz halların qarşısını almaq məqsədilə atılmış müsbət addımdır — Onlara pulsuz ev veriləcək

"Hazırda isə bu neqativ halların olmaması üçün şəffaflığın təmin edilməsi məqsədilə Müdafiə Nazirliyinin internet səhifəsində mənzil növbəsi adlı yeni bölmə yaradılıb. Bu bölmədə 20 il qüsursuz xidmət edən hərbi qulluqçularımız elektron qeydiyyatdan keçməklə mənzil növbələrinin neçənci sırada olduğunu və sıranın necə irəlilədiyini konkret şəkildə görə bilirlər ki, bu da həmin sahədə mövcud ola biləcək xoşagəlməz halların qarşısını almaq məqsədilə atılmış müsbət bir addımdır”.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova