Türkiyə Silahlı Qüvvələrinin İraqın Hakurk şəhərindəki bazasında əməliyyat keçirməyi planlaşdıran PKK/KCK-lı, kod adlı Sərdar Sönməz Eziz Qabar MİT-in keçirdiyi nöqtə əməliyyatı ilə zərərsizləşdirilib.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, terror cinayətlərindən barəsində axtarış/tutma qərarı çıxarılan terrorçu Sərdar Sönməz PKK/KCK-nın sözdə yüksək rütbəli rəhbərlərindən Türkiyə Silahlı Qüvvələrinə qarşı hərəkət təlimatı alıb.
Bildirilir ki, Sərdar Sönməz TSQ-nın Hakurkdakı əməliyyat bölgəsinə sızaraq kəşfiyyat və müşahidə fəaliyyətləri həyata keçirməyə cəhd edəcəkmiş. Türkiyə ordusunun adekvat cavab tədbirləri nəticəsində hücumun qarşısı alınıb.
Qeyd edək ki,Serdar Sönmez kod adlı Eziz Qabar 2014-cü ildə PKK/KCK sıralarına qoşulub. 2015-ci ildə Şimali İraqdakı Qare bölgəsinə getdi və silahlı/ideoloji təlim alıb. 2018-ci ildə Qəndil bölgəsində fəaliyyət göstərib. Hakurk bölgəsindəki əməliyyat sahəsi ətrafında fəaliyyət göstərib. 
Mehriban Mirzəzadə Demokrat.az


