Qarabağ Özəl

Qəzalarda dəyən ziyanı beynəlxalq sığorta xidməti ödəyəcək — Qarabağda daha bir YENİLİK

Qəzalarda dəyən ziyanı beynəlxalq sığorta xidməti ödəyəcək — Qarabağda daha bir YENİLİK

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “Yaşıl Kart” beynəlxalq sığorta xidməti istifadəyə veriləcək. İcbari Sığorta Bürosunun məlumatına görə, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra İSB “Yaşıl Kart” təminatı üzrə ölkəmizə münasibətdə coğrafi ərazi məhdudiyyətinin aradan qaldırılması ilə bağlı Beynəlxalq Bürolar Şurasına müraciətlər ünvanlayıb. Aparılan qarşılıqlı əməkdaşlıq və səylər nəticəsində ölkəmizdə bu xidmətin verilməsi üçün tətbiq edilən ərazi məhdudiyyətinin aradan qaldırılmasına nail olunub.

Sığorta eksperti İlkin İbrahimov Demokrat.az-a açıqlamasında işğaldan azad edilmiş ərazilərində “Yaşıl Kart” beynəlxalq sığorta xidmətinin istifadəyə verilməsini müsbət qiymətləndirib:

Qəzalarda dəyən ziyanı beynəlxalq sığorta xidməti ödəyəcək — Qarabağda daha bir YENİLİK
““Yaşıl Kart” sisteminə 44 ölkə daxildir. Beynəlxalq daşımalar zamanı “Yaşıl Kart” sisteminə daxil olan ölkələrin avtomobilləri sığortalanır. Həmin ölkələrdən keçərkən qəza hadisəsi baş verərkən avtomobillər üçün sığorta kompensasiyası nəzərdə tutulub, burada 3-cü şəxslərə dəyən ziyan qarşılanır. İşğaldan azad edilmiş ərazilərdə “Yaşıl Kart” sisteminin tətbiqi aktualdır. Bu, müsbət haldır, yəni bölgədən xarici avtomobillər keçərkən qəzalar baş verərsə, dəyən ziyanı “Yaşıl Kart” beynəlxalq sığorta xidməti ödəyəcək”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova