Siyasət

Rasim Musabəyov: "Azərbaycan Rusiya və Türkiyə arasında tərəfdaşlıq münasibətlərini dəstəkləyir"

Rasim Musabəyov: Azərbaycan Rusiya və Türkiyə arasında tərəfdaşlıq münasibətlərini dəstəkləyir

"Bakı Azərbaycanın strateji tərəfdaşları olan Rusiya və Türkiyə arasında dostluq münasibətlərini dəstəkləyir."

BunuMilli Məclisin deputatı Rasim Musabəyov “Azərbaycan-Rusiya-Türkiyə: siyasi dialoq, iqtisadiyyat, təhlükəsizlik” mövzusunda beynəlxalq konfrans zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan, eyni zamanda Bakı-Moskva-Ankara müstəvisində üçtərəfli əməkdaşlıq formatını tam şəkildə dəstəkləyir:

“Eyni zamanda, regionda kiçik ölkələr da var ki, məsələn, Ermənistan - böyük dövlətlərin rəqabətindən faydalanmağa çalışır”.

Deputat bildirib ki, üç regional dövlət arasında əməkdaşlığın güclənməsi onların hər biri üçün faydalıdır, bu əməkdaşlıq regionun sabitliyin və enerji təhlükəsizliyinin qorunmasına yönəlib:

“Hər üç dövlət regionun siyasi sabitliyinin möhkəmlənməsi və iqtisadi inkişafı üçün səy göstərir. Bu, üçtərəfli əsasda münasibətlərin özülünün möhkəmləndirilməsi üçün əsas amildir”. (Trend)

D
demokrat.az