Dünya

“SpaceX” şirkəti yük gəmisinin kosmosa buraxılmasını təxirə salıb

“SpaceX” şirkəti yük gəmisinin kosmosa buraxılmasını təxirə salıb

ABŞ-ın "SpaceX" şirkəti Beynəlxalq Kosmik Stansiyada (BKS) ehtiyatları artırmalı olan “Cygnus” yük gəmisi ilə birlikdə “Falcon 9” daşıyıcı raketinin buraxılışını əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salıb.

Bu barədə şirkətin “X”-dəki səhifəsində dərc olunmuş məlumatda deyilir.

Qeyd olunur ki, buraxılış şənbə günü ABŞ-ın Şərqi Sahil vaxtı ilə saat 11:29-da Kanaveral burnundakı (Florida) kosmodromdan baş tutmalı idi.

“SpaceX” Əlverişsiz hava şəraiti ilə əlaqədar “Cygnus” yük gəmisinin buraxılışını bir gün təxirə salıb", - deyə məlumatda deyilir. Buraxılışın bazar günü baş tutması gözlənilir.(APA)

NE
Nihadə Eyyubova