Gündəm Özəl

"COP 29 tədbirindən öncə Azərbaycana qarşı Ermənistan vasitəsi ilə növbəti təxribat hazırlanır” — Politoloq

COP 29 tədbirindən öncə Azərbaycana qarşı Ermənistan vasitəsi ilə növbəti təxribat hazırlanır” — Politoloq

Son vaxtlar baş verən hadisələr onu göstərir ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqları irəliləmir. Üçüncü tərəflərin Zəngəzur dəhlizi ilə bağlı mövqeyi, Ermənistanı sülhdən yayındırmaq üçün müxtəlif üsullara əl atması prosesi ləngidir. Üstəgəl, Ermənistan ehtiyatda olan hərbi vəzifəliləri 3 ay davam edəcək növbəti toplanışa çağırıb. Bildirilib ki, əsas məqsəd onların döyüş hazırlığının, eləcə də hərbi bilik və bacarıqlarının təkmilləşdirilməsidir.

Belə olan halda Ermənistanın yeni və işğalçı müharibəyə hazırlaşdığını deyə bilərik?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloqXəyal Bəşirov bildirib ki, birmənalı olaraq sülhdən danışırıqsa, Ermənistanın silahlanmasına nə ehtiyac var?

Xəyal Bəşirovun sözlərinə görə, görünən odur ki, COP 29 tədbirindən öncə Azərbaycana qarşı Ermənistan vasitəsi ilə növbəti təxribat hazırlanır:

“Ermənistan bir tərəfdən Azərbaycan ilə sülh sazişinin imzalanması istiqamətində addımlar atdığını göstərir, bir tərəfdən də Azərbaycanın sülh təşəbbüslərini öz adına yazmağa çalışır. Məsələn, Azərbaycan rəsmiləri, Prezident İlham Əliyev hansı bəyanatları səsləndirirsə, qısa müddət sonra bunun Ermənistanın baş nazirinin adına yazılmağa çalışıldığını görürük. Bu İkinci Qarabağ Müharibəsindən sonra gördüyümüz mənzərədir. Əslində Nikol Paşinyan iqtidarı da çox gözəl bilir ki, onun hakimiyyətdə qalmasının yeganə çıxış yolu Azərbaycan ilə sülh sazişini imzalamaqdır. Məhz ona görə o Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dilə gətirirdi. O, Azərbaycanın xeyirxah və xoş məramına jest olaraq bu addımları atmırdı. Sadəcə Paşinyan 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatları və bir sıra digər bizim prinsipial mövqeyimiz ilə bağlı məqamları görüb anlayır ki, başqa çıxış yolu yoxdur. Artıq burda başqa məqamlar var. Ermənistanın baş naziri Azərbaycanın ərazi bütövlüyünü tanımasını, Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiya prosesinin zəruriliyini və bir sıra digər məqamlara nəzərə yetirsək görərik ki, Ermənistanın hakimiyyəti bunu anlayır. Ermənistan bu istiqamətdə məcburən də olsa addımlar atmaq niyyətini göstərir. Ancaq kənar qüvvələr və daxilindəki revanşist qüvvələr buna imkan vermir.O cümlədən erməni diasporu və lobbi təşkilatlarının mövcudluğunun iki əsas məqamı var. Bunlarda biri keçmiş Qarabağ məsələsi, digəri isə qondarma erməni soyqırımıdır. Bu məsələlər həllini tapacaqsa, artıq onlara ehtiyac qalmayacağını anlayan erməni diaspor və lobbi təşkilatları bütün dünya səviyyəsində imkanlarından istifadə edib Azərbaycana qarşı səfərbər olublar. Onları təsiri ilə Fransa Azərbaycana qarşı o addımları atır. Biz birmənalı olaraq sülhdən danışırıqsa, Ermənistanın silahlanmasına nə ehtiyac var. Hindistan və Fransa tərəfindən, həmçinin onun lisenziyası ilə ayrı-ayrı dövlətlərdən Ermənistana sürətli silah daşınır.

Avropa Siyasi Birliyinin Zirvə toplantısında guya sülh istiqamətində addım atmaq istəyən Ermənistanın baş naziri niyə Azərbaycan Prezidenti ilə görüşdən qaçdı? Əksinə tarixdə görülüb ki, kapitulyasiyaya uğrayan və bu vəziyyətdən çıxamaq istəyən dövlət başçları daha çox digər tərəflə görüşə can atırlar. Bu məqamda Azərbaycan ilə görüşməyə şans imkan axtarmaq əvəzinə görüşdən imtina etdi. Bu gedişata nəzər yetirəndə biz açıq şəkildə çox təxribatçı bir prosesin şahidi oluruq.

Əslində, biz sülh istiqamətində çox sürətlə gedirdik. Amma bu, birdən dayandı. Əslində, bu yolla Nikol Paşinyan sanki balanslaşdırılmış siyasət yürütməyə çalışır. Bir tərəfdən Azərbaycanı razı salmağa, digər tərəfdən tabe olduğu o qüvvələri. Fransa prezidenti ölkəsində keçirilən Olimpiadadan çox COP 29 tədbirində sabotaj xarakterli addımlar atılmasını hesablayır. Ermənistanın bu addımları COP 29 kimi önəmli tədbirdən öncə Cənubi Qafqazda münaqişənin olduğunu göz önünə gətirmək, hətta müharibənin alovlanması görüntüsünü yaratmaq üçün atılır.

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova