ABŞ ordusuna məxsus helikopter texniki nasazlıq səbəbindən Yaponiyada düyü tarlasına məcburi eniş edib.
Demokrat.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
Məlumata görə, helikopterin Kinokava çayı yaxınlığında təcili eniş etdiyi bildirilir. Hadisə nəticəsində xəsarət alan olmayıb. Qeyd edək ki, helikopterin saat 12:40-da yenidən havaya qalxaraq Atsugi şəhərindəki hərbi bazaya geri döndüyü açıqlanıb. Hadisə ilə bağlı ətraflı araşdırma başladılıb.
Mehriban Mirzəzadə Demokrat.az


