Bakının Yasamal rayonunda yerləşən çoxmərtəbəli binada yanğın olub.
Hadisə MİDA yaşayış kompleksində qeydə alınıb. Yanğın nəticəsində yaşayış binasının şaxtasındakı elektrik naqilləri yanıb.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və qüvvələri əraziyə cəlb olunub.
Yanğın söndürülüb.
xxx
Yasamal rayonu Müstəqillik küçəsi Mida Yaşayış kompleksində yanğın hadisəsi baş verib.
Moderator.azxəbər verir ki, yanğının hansı səbəbdən baş verməsi bilinmir. Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarıhadisə yerinə cəlb olunub.Yanğının söndürülməsi ilə bağlı işlər aparılır. Fövqəladə Hallar Nazirliyinin əməkdaşının verdiyi məlumata görə yanğın şaxtada baş verib. Hazırda hadisə yerinə yeni briqada çağrılır. Əraziyə polis əməkdaşları da cəlb olunub.
Qeyd edək ki, hadisə MİDA Yaşayış Kompleksində6-cı bina giriş 35 -də baş verib. 




