Mədəniyyət Özəl

"Sabun köpüyünə bənzər yox, daha zövqlü filmlərə ehtiyac var" — Səidə Quliyeva

Sabun köpüyünə bənzər yox, daha zövqlü filmlərə ehtiyac var — Səidə Quliyeva

Ulu öndərimiz avqustun 2-ni Azərbaycan kinosuna həsr edib. Bizim kinomuz uzun ömür keçib.

Bu sözləri Demokrat.az-a açıqlamasında Xalq artisti Səidə Quliyeva deyib. O bildirib ki, bu yolda çox uğurlu, dünya səviyyəsində tanınan filmlərimiz var:

“Dilə, saya gəlməyən qədər kino sahəsində mükafatlarımız var. Bütün millətimi, həmkarlarımı kino günü münasibəti ilə təbrik edirəm.

Mənə sual verirlər ki, dünənki kinomuz və bugünkü kinomuz arasındakı fərq nədir? Fərq çox böyükdür. Dünənki kinolarımız daha qüdrətlidir. Çox öncül aktyorlarımız bu filmlərə çəkilib. Hətta, deyərdim ki, dünya arenasına çıxarılası filmlərimiz var”

Aktrisa qeyd edib ki, bu gün də kinomuz üçün daha da uğurlu addımlar atılacaq:

“Əlbəttə ki, sabun köpüyünə bənzəyən filmlərimiz yox, daha dəyərliləri tarixdə qalacaq. Arzu edirəm ki, gələcəkdə daha uğurlu filmlərimiz çəkilsin, dünya səviyyəsinə çıxanlar çox olsun, biz aktyorlar da həmin filmlərdə rol alaq. Xalqımızın zövqünü korlayan filmlərdən imtina edək və daha yaxşılarına çəkilək.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova