ABŞ prezidenti Co Bayden və dövlət katibi Antoni Blinken mübadilə əməliyyatına görə Türkiyəyə təşəkkür edib.
Demokrat.az xəbər verir ki, onlar bu barədə yazılı açıqlama verib.
Bayden açıqlamasında 3-ü Amerika vətəndaşı və biri Yaşıl Kart sahibi olmaqla ümumilikdə 4 nəfərin Rusiyada haqsız yerə saxlandıqları həbsxanadan evlərinə dönəcəklərini və bundan çox xoşbəxt olduqlarını bildirib. Bayden, həmin şəxslərin azad edilməsində əməyi olan ölkələrə təşəkkür edərək, “Bu çətin və mürəkkəb danışıqlarda Türkiyə, Almaniya, Polşa, Sloveniya və Norveç kimi müttəfiqlərimizə təşəkkür edirik” deyib.
ABŞ dövlət katibi Blinken də “bu razılaşmanı mümkün edən bir qrup müttəfiqimiz Almaniya, Polşa, Norveç və Sloveniyaya minnətdarıq. Türkiyə hökumətinə də bu insanların ABŞ və Almaniyaya təhlükəsiz qayıtması üçün yer ayırdığı üçün təşəkkür edirik” deyib.
Qeyd edək ki, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbərliyi ilə Ankarada 7 fərqli ölkənin (ABŞ, Almaniya, Polşa, Sloveniya, Norveç, Rusiya və Belarusiya) həbsxanalarında olan 26 nəfərin mübadiləsini əhatə edən son dövrün ən əhatəli mübadilə əməliyyatı həyata keçirilib.
Mübadilə əməliyyatı çərçivəsində 2-si ABŞ, 1-i Almaniya, Polşa, Sloveniya, Norveç və Rusiyadan olmaqla 7 təyyarə ilə 26 nəfər Türkiyəyə təhvil verilib. Əməliyyat çərçivəsində 2-si uşaq olmaqla 10 girov Rusiyaya, 13 girov Almaniyaya, 3 girov isə ABŞ-a təhvil verilib.
Əfsanə Rəcəb Demokrat.az


