ABŞ-ın Nevada ştatında yerləşən həbsxanada dava baş verib.
Demokrat.az xəbər verir ki, hadisə ştatın şərqində ucqar bölgədə yerləşən “İli” Dövlət Həbsxanasında meydana gəlib.
Hadisə nəticəsində 3 məhbus ölüb, 9 nəfər yaralanıb.
Hadisə mübahisə zəmnində baş verib. Dava zamanı həbsxanada zabitlərdən xəsarət alan olmayıb.
Qeyd edək ki, “İli” Dövlət Həbsxanası ciddi rejimli cəzaçəkmə müəssisəsi hesab olunur və orada 1183 məhbus saxlanılır.


