Xarici siyasət

Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüş keçirilib

Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüş keçirilib

Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xristos Kapodistrias ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb. Demokrat.azxəbər verir ki, örüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda, görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

NE
Nihadə Eyyubova