İqtisadiyyat Özəl

Aviabiletlərin bahalaşması mövsüm ilə əlaqədardır — Ekspert

Aviabiletlərin bahalaşması mövsüm ilə əlaqədardır — Ekspert

Aviabiletlərin qiymətlərinin qalxması ümumi xarakter daşıyır və artıq bir neçə ildir ki, qiymətlərin ümumi 20 -30 faiz qalxması müşahidə olunur.

Bu sözləri Demokrat.az-a açıqlamasında turizm eksperti Ceyhun Aşurov deyib.

O bildirib ki,hazırda turizm mövsümü olduğu və insanların daha çox səyahət etdiyi dövr olduğu üçün qiymət artımını müşahidə etmək olar:

“Aviabiletlərin qiymətinin artmasının əsas səbəbi də bununla əlaqədardır. Öncədən təyyarə rezervləri olunmayan biletlərin hazırda qiymətlərinin kifayət qədər yüksək olduğunu görmək olar. Əlbəttə ki, əlavə reyslərin qoyulması və digər hava limanlarında da uçuşların sayının artırılması qiymətlərə müsbət təsir göstərə bilər. Yəni qiymətlərin nisbətən yumşalmasına səbəb ola bilər. Hazırda qiymətlərin yüksək olması mövsümlə əlaqədardır”.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova