Dünya Özəl

Bu ölkədə daşqınlar səbəbindən 95 min insan təxliyə edildi

Bu ölkədə daşqınlar səbəbindən 95 min insan təxliyə edildi

Çinin Hunan əyalətində güclü yağışların səbəb olduğu daşqınlar səbəbindən 95 min insan təxliyə edilib

Demokrat.az xəbər verir ki, səlahiyyətlilər öz bəyanatında Hunan əyalətində Qaemi qasırğasının yaratdığı güclü yağışlar nəticəsində 1,15 milyon insanın zərər çəkdiyini bildirib.

Həmçinin, yağışların səbəb olduğu daşqınların təxminən 859 milyon dollar ziyana səbəb olduğu açıqlanıb.

Əyalətdə 95 min adamın təxliyə edildiyini açıqlayan səlahiyyətlilər, 49 min 800 adamın təcili yardıma ehtiyacı olduğunu açıqlayıb.

Digər tərəfdən, Hunanın Zixing və Huarong bölgələrinin daşqın səbəbiylə 1-ci səviyyədə xəbərdar olduğu qeyd edilib.

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova