ABŞ özünümüdafiə məqsədi ilə İraqın Babil vilayətindəki silahlı qruplaşmalara qarşı hava zərbəsi endirib.
Demokrat.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
İraq polisi və tibbi mənbələrdən verilən məlumata görə, Bağdadın cənubundakı bazaya hücum nəticəsində İraq Xalq Səfərbərlik Qüvvələrinin 4 üzvü ölüb, 4 nəfər isə yaralanıb.
Məlumata görə, adı çəkilən qruplaşmaya İranla bağlı silahlı yaraqlılar daxildir.
ABŞ müdafiə rəsmisi, sözügedən hücumla bağlı Anadolu agentliyinə verdiyi açıqlamada, ABŞ qüvvələrinin Babil vilayətinin Müseyyib bölgəsində pilotsuz uçuş aparatları ilə hücuma cəhd edən döyüşçüləri hədəf aldığını bildirib.
Xatırladaq ki, ötən həftə ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin yerləşdiyi İraqdakı Ayn Əsəd hava bazasına bir neçə raket atılıb.
Mehriban Mirzəzadə Demokrat.az


