Dünya Özəl

“Rusiya Kiyevə bu ilin ən intensiv İHA hücumunu həyata keçirdi”

“Rusiya Kiyevə bu ilin ən intensiv İHA hücumunu həyata keçirdi”

Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevə 2024-cü ilin ən intensiv pilotsuz uçuş aparatı (PUA) hücumunu həyata keçirib.

Demokrat.az xəbər verir ki, bunu Kiyev Hərbi Administrasiyası sosial media hesabından etdiyi paylaşım vasitəsilə bildirib.

Açıqlamada Rusiya ordusunun paytaxt Kiyev başda olmaqla ölkənin müxtəlif nöqtələrinə İHA hücumları təşkil etdiyi qeyd olunub.

Yazıda hücumlarda onlarla PUA-dan istifadə edildiyi, hücumun əsas hədəfinin Kiyev olduğu bildirilib.

İyul ayında İHA-larla Kiyevə hücumun 7-ci dəfə həyata keçirildiyi ifadə edilən paylaşımda, “İstifadə olunan PUA sayı baxımından 2024-cü ildə paytaxt üçün ən sıx hücum idi" deyilib.

İlkin məlumatlara görə, Kiyevdə insan itkisi olmayıb, aşkarlama işləri davam edir, həmçinin Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən 30-dan çox PUA-nın məhv edildiyi bildirilib.

Zəhra Məmmədova Demokrat.az

NE
Nihadə Eyyubova