Gündəm Özəl

“Fransa kiçik ürəkbulandırıcı addımlarla Azərbaycana təsir edə bilməz” — Fazil Mustafa

“Fransa kiçik ürəkbulandırıcı addımlarla Azərbaycana təsir edə bilməz” — Fazil Mustafa

Xəbər verdiyimiz kimi, ötən gün “Paris-2024” Yay Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycana qarşı təxribat olub. Bu təxribata “Fransa-2” telekanalının aparıcıları yol verib. Belə ki, aparıcılar canlı yayımda Sena boyunca olimpiya komandalarının paradında Ermənistan idmançılarının keçidi zamanı təxribatyönlü çıxışlar ediblər.

Məsələylə bağlı Demokrat.az-a açıqlama verən millət vəkili Fazil Mustafa bildirib ki, burada bilavasitə Fransanın müxtəlif quruluşlarının tapşırığı əsas rol oynayır:

“Şübhəsiz ki, bu istiqamətdə təbliğat üçün fransızlara televiziyada tapşırıq verilib. Amma bu təbliğat məsələsinə, təbii ki, Azərbaycan tərəfi rəsmi instansiyalar vasitəsilə cavab verdi və onların əslində niyyətlərini də ifşa etdilər. Biz göstərdik ki, bu ölkə hər hansı bir şəkildə demokratik təzahürlərə uyğun gələn ölkə deyil və ortaya qoyduğu davranışlar da bunu göstərir. Burada əsas məsələyə necə baxmaq lazımdır? Əsas olan odur ki, artıq torpaqlarımız işğaldan azad olunub, bizdədir və hər hansı bir şəkildə bu cür kiçik ürəkbulandırıcı addımlarla Azərbaycana təsir göstərmək mümkün deyil. Əslində bu, işin bizim üçün pozitiv tərəfidir. Amma digər məsələlər artıq rəsmi instansiyalar vasitəsilə bildirilməlidir və bu təhrif düzəldilməlidir. Bu durum heç bir halda Azərbaycana təsir edəcək mahiyyətdə deyil. Əsas torpaqlarımız idi, onları işğaldan azad etmişik və qalan məsələlər təfərrüatdı. Biz eyni təxribatlarla xaricdə tez-tez qarşılaşacağıq”.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova