Son dörd ildə Ermənistanı tərk edən Qarabağ ermənilərinin sayı demək olar ki, 27 min nəfərdir.
Demokrat.azxəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) media sorğusuna cavabında deyilir.
“2020-ci il sentyabrın 27-dən 2024-cü il iyulun 1-dək Qarabağda qeydiyyatda olan 49 975 nəfər Ermənistanı tərk edib, onlardan 23 404-ü geri qayıdıb, 26 571-i isə qayıtmayıb”, - MTX-nin məlumatında bildirilir.
Xidmət aydınlaşdırıb ki, Qarabağ erməniləri ən çox beş ölkəyə - Rusiya, Gürcüstan, Misir, İran və Birləşmiş Ərəb Əmirliklərinə səfər ediblər.
Milli Təhlükəsizlik Xidmətinin iyunun 25-nə olan məlumatına görə, 27 sentyabr 2020-ci il tarixindən 2024-cü il aprelin 30-dək Ermənistanı 21 mindən çox Qarabağda yaşayan erməni tərk edib.


