Sosial

Azərbaycanda bu sahələr üzrə həkimlər hazırlanacaq

Azərbaycanda bu sahələr üzrə həkimlər hazırlanacaq

Azərbaycan Tibb Universitetində (ATU) pediatriya ixtisasının alt sahələri üzrə də kadr hazırlığına başlanılacaq.

Demokrat.az xəbər verir ki, bu barədə Trend-ə universitetdən məlumat verilib.

Bildirilib ki, Azərbaycanda ilk dəfə olaraq, ATU-da uşaq kardioloqu, uşaq cərrahlığı, uşaq nevroloqu ixtisasları kadr hazırlığının aparılacağı ixtisasların siyahısına əlavə ediləcək.

Həmin ixtisaslar üzrə kadr hazırlığına 2020-2021-ci tədris ilindən başlanılacaq.

D
demokrat.az