Türkiyənin Somali ilə Efiopiya arasındakı münasibətlərdə vasitəçilik səyləri nəticə verməyib.
Demokrat.az xəbər verir ki, Somaliland Xarici İşlər Nazirliyindən verilən açıqlamada, "Türkiyə donanmasının ərazi sularımızda yerləşməsi ehtimalını qəti şəkildə rədd edirik" deyilib.
Türkiyə vasitəçiliyə əl atarkən, xarici işlər naziri Hakan Fidan bu ayın əvvəlində Ankarada Efiopiya və Somali xarici işlər nazirlərini qəbul etmişdi.
Görüşdən sonra açıqlama verən nazir Fidan irəliləyiş əldə etdiklərini və danışıqların sentyabrın 2-də davam etdiriləcəyini bildirmişdi.
Qeyd edək ki, Somaliland Prezidenti Musa Bihi Abdi, Efiopiyanın müqavilənin tamamlanmasından sonra onları “müstəqil” olaraq tanıyacağını demişdi.
Əfsanə Rəcəb Demokrat.az


