Əməkdar mədəniyyət işçisi, teleaparıcı Zaur Baxşəliyev yenidən tələbə olacaq.
Demokrat.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında etdiyi paylaşım edib.
Aparıcı Rusiyada təhsil alacağını bildirib: “Mən heç bir imtahan vermədən Moskva İdarəetmə Akademiyasının Hüquq fakültəsinə qəbul olundum”.
Zaur Baxşəliyev qeyd edib ki, 1998-ci ildə orta məktəbi əla qiymətlərlə, Azərbaycan Beynəlxalq Universitetinin Jurnalistika fakültəsini isə qırmızı diplomla bitirib.


