Xalq artisti Ağadadaş Ağayevlə bağlı qalmaqal ictimaiyyət arasında ciddi rezonans doğurub və fəxri adlar məsələni yenidən gündəmə gətirib.
Sosial şəbələkələrdəki müzakirələrdə bir çoxları Ağadadaş Ağayevi “Xalq artisti” adına yaraşmayan hərəkətlərə görə qınayıb, hətta onun bu fəxri tituldan məhrum edilməsini istəyənlər də olub.
Cəmiyətdə də “Xalq artisti” fəxri adının ləğv edilməsini tələb edənlər az deyil. Bir çoxları hesab edirlər ki, keçmiş SSRİ-dən miras qalan “Xalq artisti” və “Əməkdar artist” titulları sənətçilər arasında ayrı-seçkilik yaradır.

“Türkiyədə "Xalq sənətçisi" titulu var ki, çox böyük status sayılır. Başqa ölkələrdə müxtəlif laureatlar verilir. Azərbaycanda isə "Xalq artisti", "Xalq rəssamı", "Xalq yazıçısı" adları verilir. Burada qeyri-adi heç nə yoxdur. Bu kimi titullar sənətkara dövlətin verdiyi qiymətdir və çox vacibdir. Bir sıra ölkələrdə sənətkarlara pul mükafatları verilir, bizdə də bu kimi adlarla təltif edilirlər”.

“Avropa ölkələrində və Amerika Birləşmiş Ştatları kimi ölkələrdə yoxdur, əvəzinə isə başqa titullar var. Bu adlar sənətçilərə verilən dəyərin göstəricisidir. Bu adların olmasına böyük ehtiyac var. Onlar özündə imtiyaz ehtiva edir. Sənətçilər illərlə bu titulları qazanmaq üçün çalışırlar”.

Xalq artisti, aktrisaFirəngiz Mütəllimovanınsözlərinə görə, sənətçilərin çəkdiyi əziyyət nəticəsində verilən bu titullar onlar üçün böyük əhəmiyyət kəsb edir:
“Belə titullar dünyanın bir çox yerində fərqli şəkildə təqdim edilir. Bu adlar Türkiyədə, Rusiyada və digər ölkələrdə də var. Hər sənətkar tarixə öz adı, uğurları ilə imza atır. Mənim üçün bu adın olub-olmamasının fərqi yoxdur, amma olması çox yaxşıdır. Ən azı çəkdiyin əziyyət qiymətləndirilir”.

“Çünki bu titulların hansı kriteriyalarla verilməsi aydın deyil. Xalqın ənənəsinə uyğun sənət göstərənadamlaramı verilir bu adlar? Belədirsə, bu meyara tam zidd olan sənət adamları da belə fəxri adlar alıb. Dövlətə, millətə xidməti olan sənət adamları mükafatlandırıla bilər, lakin, konkret fəxri adlar sovet dönəminin qalıqlarıdır”.


