Dünya

Rusiyadan Ermənistana sərt mesaj

Rusiyadan Ermənistana sərt mesaj

Ermənistan suveren ölkədir, bizim üçün qardaş ölkədir, biz Ermənistanın siyasi müdrikliyinə ümid edirik.

Demokrat.azxəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, Rusiya Ermənistanın Ukraynanın taleyini təkrarlamasını istəmir.

“Biz sadəcə olaraq istəmirik ki, onlar Kiyevin bir vaxtlar seçdiyi alternativsizliyi seçsinlər. Biz dostluq və isti münasibətləri davam etdirməyə sadiqik”, - Peskov qeyd edib.

D
demokrat.az