Dünya Özəl

Son 24 saatda 55 fələstinli öldü

Son 24 saatda 55 fələstinli öldü

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına etdiyi hücumlarda həyatını itirənlərin sayı 39 min 145-ə yüksəlib.

Demokrat.az xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi açıqlama verib.

Açıqlamada hücumlarda yaralananların sayının 90 min 257-yə yüksəldiyi bildirilib.

Həmçinin, Qəzza zolağına son 24 saatda 3 hücum təşkil edilib. Nəticədə 55 fələstinli həyatını itirib, 110 fələstinli isə yaralanıb.

Əfsanə Rəcəb Demokrat.az

D
demokrat.az