Hadisə

Yasamal rayonunda yanğın baş verib

Yasamal rayonunda yanğın baş verib

Bakının Yasamal rayonunda yaşayış binasında yanğın olub.

Demokrat.az xəbər verir ki, hadisə Əbdülrəhim bəy Haqverdiyev küçəsində yerləşən yeni tikili binanın 4-cü mərtəbəsində baş verib. Yanğınla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə məlumat daxil olub.

Dərhal 5 yanğınsöndürmə maşını və canlı qüvvə hadisə yerinə cəlb olunub.

Binanın sakinləri təxliyyə edilib. Yanğın qısa müddətdə tamamilə söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb. Mütəxəssislər yanğının səbəblərini araşdırır. /Apa

NE
Nihadə Eyyubova