Gündəm Özəl

Tural Abbaslının köməkçisi deputatlığa namizədliyini irəli sürdü — AÇIQLAMA

Tural Abbaslının köməkçisi deputatlığa namizədliyini irəli sürdü — AÇIQLAMA

Sentyabrın 1-i Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar AĞ Partiya başqanının köməkçisi, İH üzvü Mətləb Aslanov da namizədliyini irəli sürüb.

Bu barədə o Demokrat.az-a açıqlama verib.

Tural Abbaslının köməkçisi deputatlığa namizədliyini irəli sürdü — AÇIQLAMA

“Seçkilərdə AĞ Partiyanın namizədi kimi iştirak edirəm. 6 Saylı Ordubad-Culfa seçki dairəsindən namizədliyimi vermişəm. Qeyd edim ki, biz Milli Məclisə seçkilərlə bərabər, Naxçıvan MR Ali Məclisinə də keçirilən seçkilərdə iştirak edirik. Hələki indiki mərhələdə Ali Məclisə keçirilən seçkilərdə sənədlərini təqdim edən yeganə partiyayıq. Ali Məclisə keçirilən seçkilərdə isə 40 saylı Saltaq seçki dairəsindən namizədliyimi verdim. İlk mərhələ çətin olmadı. Biz qeyd olunan imza vərəqlərini doldurduq. 500 imza 6 Saylı Ordubad-Culfa seçki dairəsindən, 350 imza isə Ali Məclisə keçirilən seçkilərlə bağlı lazım olan sənədlərlə birgə yığıb təhvil vermişik. Biz, ümumiyyətlə, seçkilərə qatılırıqsa, müəyyən dairələri analiz edib, orda potensialımızın daha üstün olacağını nəzərə alıb və ondan sonra namizədliyimiz irəli sürürük. İnşallah indi imzaları təqdim etmişik. Namizədliyimizin qeydə alınmasını gözləyirik. Verdiyimiz məlumatlar yoxlanıldıqdan sonra nəticəsi barədə məlumat verəcəyik”.

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova