Xəbər verdiyimiz kimi, sentyabrın 1-i Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar siyasi partiyalar və müstəqil namizədlər artıq müraciətlərini etməkdədir. Parlament seçkilərinə öz namizədliyini irəli sürənlərdən biri tanınmış iqtisadçı ekspert Eyyub Kərimlidir.
Demokrat.az-a açıqlamasında Eyyub Kərimli bildirib ki, Nizami rayon sakinlərinin dəstəyinə inanaraq 24 saylı birinci seçki dairəsindən müstəqil və bitərəf namizəd kimi seçkilərə qoşulmuşam:
“Sabahdan imza toplamaq kompaniyasına start veririk. Uzun illərdir, hardasa, 10 ildən çoxdur Nizami rayon sakiniyəm. Rayonun, insanların və ümumiyyətlə, ölkə iqtisadiyyatında olan problemlərə bələdəm. Düşünürəm ki, sakinlər yeniyə və yeniliyə imza verəcəklər. Bizim əsas amalımız islahatlatların dərinləşməsinə, rifahın və inkişafın təmin edilməsinə töhfə verməkdir”.
Qeyd edək ki, Eyyub Zöhrab oğlu Kərimli 4 sentyabr 1976 cı ildə Naxçıvan şəhərində anadan olub. Ali təhsillidir. Dövlət İqtisad Universiteti məzunudur. İstanbul Univeristetində magistr təhsili almışdır. İqtisad elmləri üzrə fəlsəfə doktorudur. Əmək fəaliyyətinə tikinti trestində fəhlə vəzifəsindən başlamışdır. 2003 cü ildə hərbi xidmətdə olmuşdur. 2007 ci ildən Dövlət İdarəçilik Akademiyasında kurs rəhbəri, aparıcı elmi işçi, müəllim vəzifəsində çalışıb. İqtisadi və Sosial Araşdırmalar Yardım İB sədridir. Ailəlidir, 3 övladı var. İqtisadçı-ekspert kimi fəaliyyət göstərir. 2014-cü ildən Nizami rayon sakinidir. Hazırda o, bitərəf və müstəqil namizəd qismində Milli Məclisə növbədənkənar seçkilərində iştirak edir.
Əfsanə Rəcəb Demokrat.az


