Hollandiyada Conatan Meijer adlı sperma donorunun dünyada min uşaq atası olduğu iddia edilib.
Demokrat.az xəbər verir ki, qohumluq riskini artırdığı üçün Conatan Meijerin bütün dünyada donorluğu qadağan edilib.
O, ilk dəfə 2007-ci ildə Hollandiyada sperma donoru kimi qeydiyyatdan keçib. Onun fikrincə, bu, saf bir fədakarlıq işidir.
Bir dostunun sonsuzluq səbəbiylə keçirdiyi emosional vəziyyətini gördükdən sonra başqa ailələrə xəyallarını həyata keçirmək üçün kömək etmək istəyib.
Onun 17 il ərzində dünyada 550 uşağın atası olduğunu bildirilib. Ancaq qeydlər göstərir ki, bu rəqəm minə qədər ola bilər.
Conatan Meijer, "Əgər bir günahım varsa, bu, başqalarının arzuladıqları ailəni yaratmağa kömək etmək həyəcanına qapılmağımdır” deyib.
Meijer sonuncu dəfə 2019-cu ildə ianə edib. 2017-ci ildə Hollandiya Mamalıq və Ginekologiya Cəmiyyəti Meijerin təkcə Hollandiyada 102 uşağı olduğu üzə çıxdıqdan sonra onun əlavə ianə verməsini qadağan edib.
Əfsanə Rəcəb Demokrat.az


