Gündəm Özəl

“Cizgi filmlərindəki istənilən məqam uşaqların psixologiyasına təsir edir” — Psixoloq

“Cizgi filmlərindəki istənilən məqam uşaqların psixologiyasına təsir edir” — Psixoloq

Müasir dövrdə cizgi filmləri də müasirləşib. Artıq cizgi filmlərindəki əvvəlki məsumluq, pozitiv mesajlar, yaradıcı ideyalar yoxdur. Əvəzinə qorxu, qəddarlıq, şiddət, yanlış vərdişlər ehtiva edən cizgi filmləri istehsal olunur. Bu cizgi filmlərinin uşaqlara mənfi təsirləri danılmazdır.

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Demokrat.az-a açıqlamasında uşaqların iştirakçısı olduğu real və rəqəmsal fəaliyyətlərin onların psixologiyasına təsir etdiyini deyib:

“Cizgi filmlərindəki istənilən məqam uşaqların psixologiyasına təsir edir” — Psixoloq
“Uşaqlar informasiyanı birbaşa bilik olaraq qəbul edirlər. Uşaqların ən çox izlədikləri içərisində ilk sırada cizgi filmləridir. Cizgi filmlərinin müasirləşməsi yaxşıdır, amma uşaqların yaş kateqoriyası nəzərə alınmalıdır. Cizgi filmlərində şiddət və buna bənzər nüanslar daha çox izləyici toplayır. Uşaqları maarifləndirici materiallarla tanış etmək lazımdır. Uşaqları heç nədən məhrum etmək olmaz. Onlarda yaranacaq suallara və şərhlərə cavablar verilməlidir. Bu halda uşaqlar hər zaman müzakirəyə açıq olacaqlar”.

Ekspert söyləyib ki, cizgi filmlərinin ssenarisindəki istənilən məqam uşaqların psixologiyasına həm mənfi, həm də müsbət təsir edir:

“Valideynlər uşaqlarının maraqlarını müşahidə etməlidirlər. Yaranacaq fiziki və ya psixoloji şiddətin risk ehtimalını minimuma endirmək olar. Televiziyalarda yayımlanan verilişlərdə yaş kateqoriyasının qoyulmasına diqqət edilməlidir. Uşaqlara təbliğ olunan hər şey gələcəyi formalaşdırır. Uşaqlar bizim yox, özlərinin gələcəyidirlər. Televiziyalarda yayımlanan materiallarda psixoloq rəyi olarsa, müəyyən mənfi düşüncənin formalaşmasının qarşısını almaq olar. Televiziyalarda psixoloq ştatı olmalıdır”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova