Dünya Özəl

Anasının meyitini 5 il evində gizlətdi

Anasının meyitini 5 il evində gizlətdi

Yaponiyanın Osaka şəhərində 60 yaşlı kişi anasının cəsədini 5 il ərzində evdə saxlayıb.

Demokrat.az xəbər verir ki, şübhəli şəxs polisə verdiyi ifadəsində anasının meyitini yaşadıqları evin ikinci mərtəbəsində gizlətdiyini etiraf edib.

Katsunori Onada adlı kişi polisə ifadəsində, “Bir gün anam yeməkdən imtina etdi və sonra öldü. Mən də daha çox problem olmasın deyə cəsədi ikinci mərtəbədəki yataq otağında qoydum.

Onadanın açıqlamasına görə, anasının 2019-cu ilin sentyabr ayının ortalarında vəfat etdiyi anlaşılıb.

Polis həmin şəxsin bankdan anasının pensiyasını çəkməyə davam etmək üçün ölüm xəbərini səlahiyyətli orqanlara bildirmədiyini ehtimal edir.

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova