Gündəm Özəl

“Azərbaycan uzun müddətdir saxta məlumatlarla üzləşir” — Deputat

“Azərbaycan uzun müddətdir saxta məlumatlarla üzləşir” — Deputat

“Milli Mətbuat Günü ərəfəsində Şuşada II Qlobal Media Forumunun keçirilməsi mühüm əhəmiyyət kəsb edirdi. Bu gün medianı dünyanın güzgüsü adlandırırlar, prinsip etibarı ilə informasiyasız, medianın fəaliyyəti olmadan dünyada proseslərin baş verməsi də mümkün deyil. Təəssüf olsun ki, son dövrlərdə saxta xəbərlər ümumi xəbərlərin içinə qarışır, baş verən hadisələr və ya hər hansı ölkə haqqında yanlış mövqe yaradılır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında VI çağırış Milli Məclisinin deputatı Aydın Mirzəzadə deyib.

O, Azərbaycanın uzun müddət saxta, yalan məlumatlarla üzləşdiyini qeyd edib:

“Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsi, suveren hüquqlarını qoruması dünyanın bəzi dairələri və dövlətləri tərəfindən azğınlıqla qarşılanır. Ölkəmiz haqqında yalan xəbərlər yaymağa çalışırlar. Fransa kimi çoxəsrlik tarix və mədəniyyətə malik bir ölkənin indiki rəhbərliyi Azərbaycanın haqq işinə kölgə salır. Fransanın bu gün Cənubi Qafqazda təxribatlar yaratmaq istəyi dezinformasiyanın əsasını təşkil edir. Azərbaycan dövləti şübhəsiz ki, özü haqqında obyektiv fikirlərin yayılmasına təşəbbüs göstərir və bu məqsədlə medianın fəaliyyətini dəstəkləyir. Azərbaycan Prezidentinin Forumda iştirakı və suallara verdiyi cavablar onu göstərir ki, dövlətimiz bu gün haqq-ədalət uğrunda mübarizə aparır. Bu gün dünyanın çox sayda ölkələrindən gələn qonaqlar Azərbaycan həqiqətləri ilə tanış olurlar. Prezidentin Forumda səsləndirdiyi fikirlər ciddi mesajlar kimi dəyərləndirilir və dünyanın nüfuzlu media orqanlarında işıqlandırılır”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova