Dünya

Finlandiya prezidenti Azərbaycan və Ermənistan liderləri ilə müzakirə etdiyi məsələni AÇIQLADI

Finlandiya prezidenti Azərbaycan və Ermənistan liderləri ilə müzakirə etdiyi məsələni AÇIQLADI

Finlandiya prezidenti Aleksandr Stubb bildirib ki, o, Azərbaycan Prezidenti İlham Əliyev və Nikol Paşinyanla Helsinkidə ATƏT-də qarşıdan gələn sədrliyi müzakirə edib.

Demokrat.az xəbər verir ki, onun X sosial şəbəkəsində yazdığı kimi, görüşlər Avropa Siyasi Birliyinin sammiti çərçivəsində baş tutub.

“Digər mövzular arasında Avropa təhlükəsizliyi, Ukrayna, regional problemlər və Finlandiyanın ATƏT-ə sədrliyi ilə bağlı müzakirələr apardıq”.

Finlandiya 2025-ci ildə- təşkilatın yubiley ilində ATƏT-ə sədrlik edəcək. ATƏT-in iştirakçısı olan dövlət bir təqvim ili ərzində fəaliyyətdə olan sədr kimi fəaliyyət göstərir.

NE
Nihadə Eyyubova