Gündəm Özəl

“Rusiya Ermənistanı müharibəyə sürükləyə bilər” — Politoloq

“Rusiya Ermənistanı müharibəyə sürükləyə bilər” — Politoloq

“Hraparak” qəzetinin yaydığı məlumata görə, Nikol Paşinyan Milli Assambleyanın hakim “Mülki müqavilə” fraksiyasının üzvlərini əmin edib ki, ölkədə parlament seçkiləri 2026-cı ildən tez keçirilməyəcək. Həmçinin, Paşinyan payızda Ermənistanın xarici siyasəti ilə bağlı sürpriz proseslərin olacağının mesajını verib. İddialara görə, Avropa Birliyinin Ermənistanı qəbul etməməsi, Qərbin İrəvanın istədiyi kimi maliyyə yardımı ayırmaması fonunda Paşinyan yenidən Rusiyaya yönəlməyi düşünür.

Əgər belə bir hal baş verərsə, bu, Azərbaycan-Ermənistan arasındakı danışıqlara necə təsir edə bilər?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib ki, əgər Rusiya ilə Ermənistan arasında yenidən müttəfiqlik əlaqələri baş verərsə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanmayacaq.

Politoloq qeyd edib ki, Rusiya Ermənistanı müharibəyə sürükləyə bilər:

“Təbii ki, əgər Ermənistan İkinci Qarabağ müharibəsindən sonra Rusiya ilə strateji müttəfiqliyini davam etdirsəydi, Azərbaycana 4 kəndi də qaytarmayacaqdı. Həmçinin, qeyd edim ki, indiki irəliləyişlər, delimitasiya və demarkasiya prosesi olmayacaqdı. Hətta, Rusiya Ermənistanı yeni müharibəyə sövq edə bilərdi. Məhz, Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan 2021-ci il 4-5 aylıq müdadiə nazirliyi dövründə Rusiya ilə bu istiqamətdə işlər həyata keçirildiyini, planlar hazırlandığını vurğulamışdı. Rusiya ilə Ermənistan arasında müttəfiqlik əlaqələri yaranarsa, hər hansı bir razılaşma və sülh müqaviləsi olmayacaq”.

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova