Gündəm Özəl

“Ermənistan sülh gündəliyinə sadiq qalmayacaqsa, rəsmi Bakı da...”

“Ermənistan sülh gündəliyinə sadiq qalmayacaqsa, rəsmi Bakı da...”

“Son zamanlar Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında müəyyən durğunluq hiss olunurdu. Londonda tərəflərin bir araya gəlməsi olduqca vacib idi. Paşinyan isə görüşdən imtina etdi. Bu da Ermənistanın müəyyən məsələlərdən yayındığını göstərir və sülh prosesini uzatmaq istəyindən xəbər verir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.

O qeyd edib ki, Azərbaycan ən qısa zamanda baza prinsipləri əsasında ilkin sülh müqaviləsi imzalamaq niyyətindədir:

“Ermənistan tərəfinin bu görüşdən imtina etməsi onu deməyə əsas verir ki, o, indi sülh müqaviləsini imzalamağa hazır deyil. Amma rəsmi Bakının da Ermənistanı gözləməyə nə səbri, nə də niyyəti var. Ermənistan sülh gündəliyinə sadiq qalmayacaqsa, rəsmi Bakı da buna uyğun davranacaq. Londondakı görüş faydalı ola bilərdi, lakin Paşinyanın görüşdən imtina etməsindən belə çıxır ki, prosesləri uzatmaq istəyir. Bu həm Ermənistandakı daxili vəziyyətlə, həm də Paşinyanın beynəlxalq müstəvidəki mövqeyi ilə bağlıdır. Paşinyana daxildə təzyiqlər çoxdur, ona görə də düşünür ki, yeni razılaşmalar onun hakimiyyəti üçün təhdiddir. Görüşdən imtina edilməsi bölgədə gərginliyi artıra və sülh prosesini ləngidə bilər”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova