Kriminal

Sevgilisini bıçaqlayan cinsi azlığa yüngül cəza verildi

Sevgilisini bıçaqlayan cinsi azlığa yüngül cəza verildi

Bakıda adam bıçaqlamaqda təqsirləndirilən Nurlan Məhərrəmovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

Yenisabah.az-ınməlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə Nurlan Məhərrəmova hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxsə qarşı irəli sürülən 126.2.4-cü maddəsindən 126.1-ci maddəyə tövsif olunub və o, 3 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki ötən prosesdə prokuror Rauf Malışov ittiham nitqi ilə çıxış edərək məhkəmədən təqsirləndirilən şəxsin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Nurlan Məhərrəmov mübahisə zəmnində sevgilisi 1993-cü il təvəllüdlü Rasim Əliyevi bıçaqlamaqda təqsirləndirilir.

Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülüb.

NE
Nihadə Eyyubova