Gündəm Özəl

“Dini mərasimlər fanatizmə keçid olmadan qeyd olunmalıdır” — Sosioloq

“Dini mərasimlər fanatizmə keçid olmadan qeyd olunmalıdır” — Sosioloq

Hazırda ölkədə Məhərrəmlik ayı ilə əlaqədar toylar müvəqqəti olaraq dayanıb. Bu, başadüşülən haldır. Çünki əsrlərdir Azərbaycanda dini adət-ənənələrə hörmətlə yanaşılıb. Lakin, əgər həqiqətən də cəmiyyətimiz dini mərasimlərə diqqət yetirirsə, o zaman niyə restoranlar, şou proqramlar, əyləncə mərkəzləri hər gün çalışır? Bakının bütün restoranlarda hər axşam canlı musiqi, əyləncə təşkil olunur.

Bu məqamda belə bir sual ortaya çıxır, restoranlarda, konsertlərdə əylənmək ilə toyda əyələnmək arasında nə fərq var?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında sosioloq-alimƏhməd Qəşəmoğlubildirib ki, xalqımız min illərdir bu mərasimləri qoruyub-saxlayıbsa, biz də bu kimi məsələlərə hörmət ilə yanaşmalıyıq:

Əhməd Qəşəmoğlunun sözlərinə görə, burada diqqət edəcəyimiz və həssas yanaşmalı olduğumuz əsas məqam dini mərasimlərin fanatizm olmadan qeyd olunmasıdır:

“Bu gün bizim Aşura gününə, Məhərrəmliyə, ümumiyyətlə, dini ayinlərə münasibətimiz çox primitiv bir şəkildədi. Məsələnin mahiyyəti ondan ibarətdir ki, əvvəla, min illərdir ki, Aşura günü qeyd olunur. Onu birdən-birə qadağan etmək gülünc olar. Dini mərasimlər və adət-ənənələr elə qeyd olunmalıdır ki, burda fanatizmə keçid olmasın. Biz hətta bilmirik, həmin o min illik insanların ruhu bizim bu günümüzə necə təsir edir. Kim desə ki, bu mərasimlərin, adət-ənənələrin heç bir təsiri yoxdu, bu, yenə də gülünc olar. Əgər bu ayinlər bizim xalqımızın mənəvi zənginləşməsinə, tərəqqisinə, İslam aləmindən dəstək almağımıza, rol oynamağımıza kömək edirsə, biz bunun üzərinə düşünməliyik”.

Əhməd Qəşəmoğlu qeyd edib ki, dini mərasimləri min il bundan qabaq düşünülmüş formalarda qeyd etmək məntiqi mənada geri qalmaqdır:

“Toyları etmirik, amma gündəlik konsertlərə gedirik, şənlik keçiririk. Bütün bunlar insanların bir qrupuna pis təsir edir, bir qrupuna yaxşı. Məhərrəmlik günlərində insanların nümayişkəranə şəkildə şənlik keçirməsi, düzgün deyil. Bu əhalinin xeyli hissəsində gərgilik yaradır. Ona görə də, min illərdir adət-ənənəyə, bu günki o dini ehkamlara diqqət edən insanlara hörmət əlaməti olaraq, etika xatirinə bunu etməməlidirlər. “Yox mən inamıram” deməklə, istədiyini etmək hörmətsizlikdi. İnanmırsan, bu sənin öz işindir. Amma digər insanlara qarşı sayğılı olmalısan. Ona görə bu məsələdə əhaliyə müəyyən qədər kömək etmək lazımdır. Hərə özü bir qərar qəbul edib, digərində gərginlik yaratmamalıdır.

Belə günlərdə nə cür davranmağın daha məqsədə uyğun olması ilə bağlı bir fikir aydınlığı olmalıdır. Din alimləri ilə birlikdə bunları dərindən düşünmək olar. Bu istiqamətdə elmi düşüncə ilə dini düşüncənin, ilahiyyat elmləri ilə dünyəvi elmlərin nümayəndələri birlikdə təhlillər aparıb qərar qəbul etmək barədə fikirləşməlidir. Əgər bir insan dindardırsa, bu məslələrə qarşı həssasdırsa həmin gün onun əsəbləri ilə oynamaq düzgün deyil”.

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova