Xarici siyasət Özəl

"Çalışmalıyıq ki, səfirliyimizin qurulmasını yüksək səviyyədə təşkil edək" — Fazil Mustafa

Çalışmalıyıq ki, səfirliyimizin qurulmasını yüksək səviyyədə təşkil edək — Fazil Mustafa

Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında aparılmış danışıqlar nəticəsində 15 iyul 2024-cü il tarixindən etibarən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Səfir və səfirliyin hazırkı heyəti İrana geri dönüb.

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən Millət vəkili Fazil Mustafa bunu müsbət hal kimi dəyərləndirib:

“Bu münasibətlərin yaxşılaşmasına xidmət edən bir addımdır. Amma təhlükə bitdimi? Bunu söyləmək çox çətindir. Çünki İran son dövürlərdə bu cür sürprizlərlə dolu ölkədir. Hər halda dünyanın heç bir yerində təhlükəsizliyin təminatı yoxdur. Heç Ukraynanın özündə belə. Çünki Ukrayna əvvəllər ən təhlükəsiz ölkə idi, indi isə ən təhlükəli ölkəyə çevrilib.

Bu baxımdan çalışmalıyıq ki, səfirliyimizin qurulmasını yüksək səviyyədə təşkil edək. Hər hansı insident baş versə, onun qarşısını almaq mümkün olsun ki, itkilərimiz olmasın. Amma münasibətlərin bərpası üçün bu addımın atılması yaxşı bir göstəricidir. Çalışmalıyıq ki, İranla Azərbaycan arasında bu cür hadisələrin baş verməsi mümkün olmasın"

Şahanə Demokrat.az

NE
Nihadə Eyyubova