Dünya Özəl

Aİ İrana qarşı sanksiyaların müddətini daha 1 il uzatdı

Aİ İrana qarşı sanksiyaların müddətini daha 1 il uzatdı

Avropa İttifaqı Rusiyaya dəstək, eləcə də Tehranın Yaxın Şərq və Qırmızı dəniz regionunda sabitliyi pozduğuna görə İrana qarşı sanksiyaları bir il müddətinə uzadıb.

Demokrat.az xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında deyilir.

Məlumata əsasən, hazırda sanksiyalar 12 şəxsə və 9 təşkilata şamil edilir.

Məhdudiyyətlər arasında fiziki şəxslərin ölkəyə girişinə qadağa, Avropa yurisdiksiyalarında maliyyə aktivlərinin bloklanması, kredit, investisiya və ya digər fondların verilməsinə qadağa daxildir.

Şahanə Demokrat.az

NE
Nihadə Eyyubova